BAKI, 23 fevral. TELEQRAF

Futbol üzrə İtaliya A seriyasında 26-cı turun oyunları keçirilir.

Teleqraf xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “İnter” yerli azarkeşləri önündə “Cenoa” üzərində çətin qələbə qazanıb - 1:0.

Oyunun taleyini həll edən qolu 78-ci dəqiqədə türkiyəli Hakan Çalhanoğlunun ötürməsini qola çevirən argentinalı Lautaro Martines vurub.

Uğursuz mövsüm keçirən “Milan” səfərdə “Torino”ya uduzaraq (1:2) azarkeşlərini məyus edib.

Vacib qələbə qazanan “İnter” 57 xalla (26 oyun) ən azı bir günlük liderliyə yüksəlib. “Napoli” 56 xalla (25 oyun) 2-ci pillədədir. Neapol təmsilçiləri səfərdə “Komo”nu məğlub etsələr, yenidən zirvəyə qayıdacaqlar.

“Milan” 41 xalla (25 oyun) 7-ci yerdə mövqe tutub.