BAKI, 23 fevral. TELEQRAF

İspaniya La Liqasında 25-ci turun oyunları keçirilir.

Teleqraf xəbər verir ki, çempionluğa iddialı “Barselona” səfərdə “Las Palmas” üzərində qələbə qazanaraq (2:0), liderliyini qoruyub.

Matçda hesabı 62-ci dəqiqədə Dani Olmo açıb. Əsas vaxta əlavə olunan 5-ci dəqiqədə isə Ferran Torres rəqib qapısına yol tapıb. “Atletiko” klubu da turu itkisiz başa vurub. Madridlilər səfərdə “Valensiya”nı darmadağın edərək (3:0), lidərlər qrupunda möhkəmlənib. “Atletiko”nun heyətində argentinalılar - Xulian Alvares (2 dəfə) və Anhel Korrea fərqlənib.

“Real Madrid” isə bu tur “Jirona”nı qəbul edəcək.

Hazırda “Barselona” 54 xalla (25 oyun) liderdir. “Atletiko” 53 xalla (25 oyun) ikinci yerdədir. Ehtiyatda bir oyunu olan “Real Madrid”in 51 xalı var.