BAKI, 22 fevral. TELEQRAF

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştianu Ronaldu ölkə çempionatının "Əl-İttifaq"la oyununda rusiyalı referi Kirill Levnikovun idarəçiliyindən narazı qalıb.

Teleqraf xəbər verir ki, portuqaliyalı hücumçu qol buraxdıqdan sonra komanda yoldaşı Con Duranın rəqib futbolçu Abdulela Əl-Malkinin başına əli ilə yüngül zərbə vurduğu üçün meydandan qovulmasına etiraz edib. 40 yaşlı forvard rusiyalı baş hakimin qərarı ilə razılaşmayaraq, topu mərkəz dairəsindən tribunaya doğru vurub.

Oyun “Əl-Nəsr”in 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Kriştianu Ronaldunun "Əl-Nəsr"lə müqaviləsi 2024/2025 mövsümünün sonuna qədərdir. Mətbuatda daha əvvəl tərəflərin yeni sözləşmə ilə bağlı razılığa gəldiyi yazılmışdı. Yeni müqavilənin şərtlərinə görə, Ronaldu klubun 5%-lik səhminin sahibi olacaq.