BAKI, 23 fevral. TELEQRAF

Hakerlər kriptovalyuta tarixində ən böyük oğurluğu törədiblər.

Teleqraf Rusiya mətbuatına istinadən xəbər verir ki, Bybit kriptovalyuta birjasından 1,4 milyard dollar oğurlanıb.

Birja kiber hakerlərin aşkarlanmasına səbəb olan məlumat üçün oğurlanan məbləğin 10 faizini ödəməyə hazırdır.

Yəni, ticarət platforması hakerləri tutmağa kömək etdənlərə rekord məbləğ - 140 milyon dollar mükafat elan edib.

Hakerlər istifadəçi interfeysini əvəz edə biliblər və Ethereum kriptovalyutasını müxtəlif pul kisələri arasında səpələyiblər.

Bybit vəsait itirdiyini etiraf etdikdən sonra dünyanın aparıcı kriptovalyutası Bitcoin-in məzənnəsi də çöküb.