BAKI, 23 fevral. TELEQRAF.

Bu gün Almaniyada növbədənkənar parlament seçkiləri keçirilir.

Teleqraf xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 11:00) açılacaq və saat 18:00-da (21:00) seçki prossesi bitəcək.

Bundan dərhal sonra ARD və ZDF telekanalları ekzitpolların nəticələrini açıqlayacaq. İlkin rəsmi nəticələr isə, gözlənildiyi kimi, bazar ertəsi gecə məlum olacaq.