BAKI, 21 fevral. TELEQRAF

Azərbaycan Premyer Liqasında XXIV tura bu gün start veriləcək.

Teleqraf xəbər verir ki, ilk oyun günü bir qarşılaşma baş tutacaq.

“Neftçi” öz meydanında “Sumqayıt”la üz-üzə gələcək.

Hazırda “Neftçi” 24 xalla 6-cı, “Sumqayıt” 22 xalla 7-ci yerdədir.

Turun digər oyunları fevalın 22-23-də baş tutacaq.

21 fevral

19:00 “Neftçi” – “Sumqayıt”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Əli Əliyev

VAR: İnqilab Məmmədov

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Rüfət Əmirov

“Neftçi Arena”