
BAKI, 22 fevral. TELEQRAF
Bazar ertəsi Avropa müdafiə nazirləri Ukraynaya dəstəyin artırılmasını müzakirə etmək üçün görüş keçirəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" mənbələri məlumat verib .
Videokonfransda Böyük Britaniya, Almaniya, İtaliya və Polşa da daxil olmaqla, Avropa İttifaqı və NATO-dan olan nümayəndələr bir araya gələcək.
"ABŞ-nin Ukraynaya verdiyi geniş hərbi və maliyyə dəstəyini dayandırması perspektivini nəzərə alaraq, Avropa liderləri yeni müdafiə planları hazırlamağa tələsir. Vaşinqton həmçinin sülh danışıqlarına başlayıb. Bu, Avropa və Kiyevin iştirakı olmadan qitənin gələcək təhlükəsizlik arxitekturasını formalaşdıracaq", - məqalədə deyilir.
Qeyd olunur ki, müdafiə nazirlərinin görüşü Rusiyanın Ukraynaya təcavüzündən üç il sonra - bir sıra Avropa liderlərinin Kiyevə səfəri ilə eyni vaxta düşəcək.