
BAKI, 21 fevral. TELEQRAF
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında Monteneqro yığması oyununun vaxtı müəyyənləşib.
Teleqraf AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Liv Bona Dea Arena”da keçiriləcək oyunun saat 17:00-da başlaması gözlənilir.
Azərbaycan – Monteneqro görüşü saat 15:00-da start götürməli idi. Lakin qeyri-sabit hava şəraiti ilə əlaqədar matçın iki saat gec başlaması qərara alınıb.
***
14:34
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında Monteneqro yığması ilə oyununun vaxtı dəyişdirilib.
Teleqraf AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşma qeyri-sabit hava şəraiti ilə əlaqədar öncədən nəzərdə tutulduğu kimi, saat 15:00-da başlamayacaq.
Oyunun baş hakimi vəziyyətə yerində baxış keçirdikdən sonra matçın keçirilib-keçirilməyəcəyi ilə bağlı qərar verəcək.