BAKI, 20 fevral. TELEQRAF
UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Teleqraf xəbər verir ki, bu ada İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kilian Mbappe layiq görülüb.
27 yaşlı fransalı hücumçu UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə Noa Lanq (PSV, Niderland), Orkun Kökçü ("Benfika", Portuqaliya) və Vitinyanı (PSJ, Fransa) qabaqlayıb.
Qeyd edək ki, Kilian Mbappe "Real Madrid"in İngiltərə "Mançester Siti"sinə 3:1 hesabı ilə məğlub etdiyi görüşdə "het-trik"lə yadda qalıb.