
BAKI, 21 fevral. TELEQRAF
UEFA Çempionlar Liqasında 1/8 final, 1/4 final və yarımfinal mərhələlərinin püşkatma mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, İsveçrənin Nyon şəhərində atılan püşk nəticəsində Liqa mərhələsini ilk "8-lik"də başa vurmuş komandalar pley-off mərhələsinin qaliblərinə rəqib olublar.
1/8 final cütlərinin tərkibi belə müəyyənləşib:
1. "Aston Villa" (İngiltərə) - "Brügge" (Belçika)
2. "Lill" (Fransa) - "Borussiya" (Dortmund, Almaniya)
3. "Atletiko" (Madrid, İspaniya) - "Real Madrid" (İspaniya)
4. "Bayer" (Leverkuzen, Almaniya) - "Bavariya" (Almaniya)
5. "Arsenal" (İngiltərə) - PSV (Niderland)
6. "İnter" (İtaliya) - "Feyenoord" (Niderland)
7. "Liverpul" (İngiltərə) - PSJ (Fransa)
8. "Barselona" (İspaniya) - "Benfica" (Portuqaliya)
Oyunlar 4-5 mart və 11-12 martda keçiriləcək.
1/4 final cütləri:
I. 1 cütünün qalibi - 7 cütünün qalibi
II. 5 cütünün qalibi - 3 cütünün qalibi
III. 8 cütünün qalibi - 2 cütünün qalibi
IV. 6 cütünün qalibi - 4 cütünün qalibi
Oyunlar 8-9 aprel və 15-16 apreldə olacaq.
Yarımfinal cütləri:
I cütün qalibi - II cütün qalibi
III cütün qalibi - IV cütün qalibi
Oyunlar 29-30 aprel və 6-7 mayda baş tutacaq.
Final qarşılaşması mayın 31-də Almaniyanın Münhen şəhərində oynanılacaq.