
BAKI. 20 fevral. TELEQRAF
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb.
Teleqraf AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ" və "Sabah" komandaları arasında keçiriləcək turun mərkəzi görüşü FIFA referisi Əliyar Ağayevə həvalə olunub.
"Neftçi"nin "Sumqayıt"a qarşı keçirəcəyi ev oyununu isə gənc baş hakim Tural Qurbanov idarə edəcək.
21 fevral
19:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Əli Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Rüfət Əmirov
"Neftçi Arena"
22 fevral
16:00. “Araz-Naxçıvan” – “Səbail”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Rəhman İmami, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Asif Əliyev
"Liv Bona Dea Arena"
19:00. “Qarabağ” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tofiq Bəhramov adına Respublika Stadionu
23 fevral
14:30. “Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şamaxı şəhər stadionu
17:00. “Zirə” – “Kəpəz”
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
"Zirə İK" stadionu.