BAKI. 21 fevral. TELEQRAF

UEFA Avropa Liqasında 1/8 final, 1/4 final və yarımfinal mərhələlərinin püşkatma mərasimi keçirilib.

Teleqraf-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunmuş tədbirdə Türkiyənin yeganə təmsilçisi "Fənərbağça"nın 1/8 finaldakı rəqibi müəyyənləşib.

"Sarı-lacivərdlilər" Şotlandiya "Reyncers"i ilə üz-üzə gələcək. Qlazqo komandasını keçəcəyi təqdirdə, "Fənər" 1/4 finalda "Roma" (İtaliya) - "Atletik" (İspaniya) cütünün qalibi ilə görüşəcək.

Püşkatmanın nəticələri:

UEFA Avropa Liqası

1/8 final mərhələsi

1. "Viktoriya" (Plzen, Çexiya) - "Latsio" (İtaliya)

2. "Budö Qlimt" (Norveç) - "Olimpiakos" (Yunanıstan)

3. "Ayaks" (Niderland) - "Ayntraxt" (Frankfurt, Almaniya)

4. AZ (Alkmaar, Niderland) - "Tottenhem" (İngiltərə)

5. "Real Sosyedad" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

6. FCSB (Rumıniya) - "Lion" (Fransa)

7. "Fənərbağça (Türkiyə) - "Reyncers" (Şotlandiya)

8. "Roma" (İtaliya) - "Atletik" (İspaniya)

Oyunlar martın 16-da və martın 23-də keçiriləcək.

1/4 final

I. 2 cütünün qalibi - 1 cütünün qalibi

II. 4 cütünün qalibi - 3 cütünün qalibi

III. 7 cütünün qalibi - 8 cütünün qalibi

IV. 6 cütünün qalibi - 5 cütünün qalibi

Oyunlar aprelin 10-da və aprelin 17-də baş tutacaq.

Yarımfinal

II cütün qalibi - I cütün qalibi

III cütün qalibi - IV cütün qalibi

Oyunlar mayın 1-də və mayın 8-də təşkil ediləcək.

Final qarşılaşması mayın 21-də İspaniyanın Bilbao şəhərində keçiriləcək.