
BAKI, 21 fevral. TELEQRAF
Avropa Liqasının pley-off mərhələsinin “Anderlext” – “Fənərbağça” oyununda qalmaqal baş verib.
Teleqraf xəbər verir ki, oyunun 6-cı dəqiqəsində hesab 1:0 İstanbul klubunun xeyrinə olarkən matç yarımçıq dayandırılıb.
Hakimlər və futbolçular soyunub-geyinmə otağına yollanıblar. Buna tribunada azarkeşlər arasında baş verən dava-dalaş səbəb olub.
Tribunada belçikalı azarkeşlər irqçi şüarlar da səsələndiriblər.
Ara sakitləşdikdən sonra matç qaldığı yerdən davam etdirilib.