BAKI, 21 fevral. TELEQRAF

“Neftçi Arena”nın “Sumqayıt”la oyuna hazırlıq prosesinə başlanılıb.

“Neftçi"nin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallının Teleqraf-a verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasında XXIV turun açılış matçının keçiriləcəyi stadion hazırda texnikalar və canlı qüvvə vasitəsilə qardan təmizlənir.

Klub rəsmisi matçın təxirə salınmayacağını vurğulayıb: “Yox, nə qar yağıb ki, təxirə salınsın?!"

Qeyd edək ki, bu gün keçiriləcək “Neftçi”- “Sumqayıt” matçı saat 19:00-da start götürəcək.

.