
BAKI, 21 fevral. TELEQRAF
Brazliyanın “Kruzeyro” klubunun yarımmüdafiəçisi Mateus Pereyranın “Zenit”ə keçidi baş tutmayıb.
Teleqraf xəbər verir ki, bu barədə championat.com saytına etibarlı mənbə məlumat verib.
Bildirilir ki, futbolçu tibbi müayinədən keçməsinə baxmayaraq, xanımının istəyi ilə son anda Rusiya klubuna keçməkdən imtina edib.
Sankt-Peterburq klubunun brazliyalı oyunçuya görə “Kruzeyro”ya 20 milyon avro ödəyəcəyi razılaşdırılıbmış.