![](https://teleqraf.az/storage/2022/04/13/715x378/metro.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Bu ilin yanvarında "Bakı Metropoliteni" QSC-də 3 milyon 679 min 201 sərnişin stansiyalara QR biletlə ödəniş edərək daxil olub.
Qurumdan Teleqraf-a verilən məlumata görə, bu bütün ödənişli sərnişinlərin 21,14 faizi deməkdir.
Yanvar ayının 10-u QR biletdən ən çox istifadə edilən gündür – 150 min 111. Ən çox QR bilet istifadəçiləri olan stansiyalar: “28 May” (343 min 990), “Koroğlu” (290 min 635) və “Gənclik” (285 min 131).
Yanvar ayı ərzində “Əlçatan metro” xidmətindən sağlamlıq və metrodan istifadə imkanları məhdud 60 sərnişin istifadə edib.