![](https://teleqraf.az/storage/2025/02/12/715x378/knddn_hr.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 15-16 fevral tarixlərində Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.
Teleqraf xəbər verir ki, bu həftə yarmarkada ümumilikdə 20-dən artıq rayondan 50-dən çox fermerin iştirakı gözlənilir. Fermerlər 150-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı, Atatürk parkının qarşısı) ünvanında keçiriləcək. Yarmarkanın keçirilməsində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, həmçinin şəhər sakinlərini təbii və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
Xatırladaq ki, burada satışa təqdim olunan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Həmçinin, vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasının xidmətlərindən istifadə edə biləcəklər.