Bakı, 12 fevral. TELEQRAF

Yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Teleqraf xəbər verir ki, iclasın gündəliyinə bələdiyyə seçkiləri ilə əlaqədar Komissiyaya ünvanlanan müraciətlərə baxılması ilə bağlı məsələ daxil edilib.

İclasda 115 saylı Şəki kənd, 111 saylı Zaqatala-Balakən, 3 saylı Babək-Şahbuz-Kəngərli, 80 saylı Lerik-Astara, 58 saylı Xaçmaz kənd, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairələrindən Komissiyaya daxil olan müraciətlərə baxılıb.

MSK-nın qərarına əsasən, daxil olmuş bəzi müraciətlər Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, aidiyyəti üzrə baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilmiş və ya bəzi müraciətlər əsassız hesab edilmişdi.

Xatırladaq ki, seçkilərdə 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45 faiz olub.