TBİLİSİ, 12 FEVRAL. TELEQRAF

“Gürcüstan Azərbaycanla möhkəm dostluq münasibətlərinə yüksək dəyər verir”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “X” hesabında yazıb.

O, Milli Məclisin nümayəndə heyətinin üzvləri ilə bu gün keçirdiyi görüşdə səmərəli fikir mübadiləsinin aparıldığını bildirib.

“Spikerlər və komitələr səviyyələrində parlamentlərarası əməkdaşlıq məsələlərini müzakirə etdik. Cənubi Qafqaz bölgəsində vəziyyət haqqında danışdıq və regionun gələcək inkişafı üçün sülh və təhlükəsizliyin vacibliyini qeyd etdik”, - spiker yazıb.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyevin rəhbərlik etdiyi Milli Məclisin nümayəndə heyəti Gürcüstanda səfərdədir.