![](https://teleqraf.az/storage/2025/02/12/715x378/3.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Rusiya-Ukrayna müharibəsində həlak olan daha bir azərbaycanlının cənazəsi ölkəyə gətirilib.
Teleqraf-ın cənub bürosu xəbər verir ki, həmin şəxs 1999-cu il təvəllüdlü Hicran Dərya oğlu Əmənov Cəlilabad rayon Şatırlı kənd sakini olub.
Rusiyanın Kazan şəhərinə köçən həmyerlimiz burada həbs edilib. Ölkənin müvafiq qanunlarına uyğun olaraq, müharibəyə getmək şərti ilə onun həbs müddəti ləğv edilib. Rusiya ordusu sıralarına aparılan H.Əmənov keçən ilin noyabr-dekabr aylarında yaralanıb və həlak olaraq cəbhə xəttində qalıb.
Onun meyiti bu yaxınlarda cəbhə xəttindən götürülüb və ailəsinə təhvil verilməsi üçün müvafiq prossedurlar aparılıb. H.Əmənovun cənazəsi bu gün kənddə torpağa tapşırılacaq.
Qeyd edək ki, o, ailəli olub, bir övladı var.