BAKI, 18 noyabr. TELEQRAF

Ukrayna Silahlı Qüvvələrinə təlim keçən, burada avadanlıqlara xidmət göstərən Fransa hərbçiləri Kiyevdəki səfirliyin nəzdində olan missiyanın bir hissəsi kimi fəaliyyət göstərir.

Teleqraf xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələr Nazirliyinin nümayəndəsi Elis Rufus RMC radiosuna bildirib.

“Ukraynada səfirlikdə müdafiə missiyası fəaliyyət göstərir. Bu missiyaya bir neçə hərbi qulluqçu və mütəxəssis, o cümlədən hərbi mühəndislər də daxildir. Onlar gəlib bəzən Mirage təyyarələri və ya Caesar özüyeriyən silahları kimi mürəkkəb avadanlıqlara texniki xidmət göstərə, eləcə də müəyyən avadanlıqların necə idarə olunacağına dair məqsədyönlü təlimlər keçə bilərlər”, - Ryufo deyib.

O əlavə edib ki, oxşar hərbi missiya Aİ vasitəsilə Ukraynaya da göndərilib. 9 noyabrda Aİ Şurası, 2022-ci ildə yaradılmış Ukrayna üçün hərbi təlim missiyasının (EUMAM Ukraine) müddətini uzatmaq qərarına gəlib. Fransa hərbçilərinin 2026-cı ilin yayından bəri Ukraynada gizli şəkildə fəaliyyət göstərdiyi qeyd olunurdu. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiyanın Ukrayna ərazisində xarici qoşunların olmasından xəbəri var. O qeyd edib ki, Moskva narahatlıqlarını müvafiq ölkələrə çatdırıb və xəbərdarlıq edib ki, bu, artıq Ukraynaya dəstək deyil, müharibədə birbaşa iştirak, o cümlədən hədəflərin müəyyənləşdirilməsinə kömək, peyk məlumatlarının verilməsi deməkdir.