BAKI, 18 noyabr. TELEQRAF
Finlandiya Prezidenti Aleksandr Stubb Ukrayna münaqişəsinin 2026-cı ilin sonunadək sülh yolu ilə nizamlanmasının mümkünlüyünə inanmadığını bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə Berlində səfərdə olarkən danışıb.
"Ümid edirəm ki, bu baş verəcək, lakin belə olacağını düşünmürəm. Ukrayna ilə bağlı sülh danışıqlarının aparılması üçün konkret qrafik və gündəlik müəyyənləşdirilməlidir. Müzakirələr təhlükəsizlik zəmanətləri, ərazi məsələləri, atəşkəs və Avropanın təhlükəsizliyi mövzularını əhatə etməlidir", - o qeyd edib.