BAKI, 18 noyabr. TELEQRAF

Çexiya və ABŞ Amerika qazının ölkəyə tədarükünə dair sazişin yekun variantını razılaşdırıblar.

Teleqraf xəbər verir ki, bu barədə Çexiyanın TK agentliyi ölkənin Sənaye və Ticarət Nazirliyinin mətbuat katibi Tadeuş Provaznikə istinadən məlumat yayıb.

Bildirilib ki, sazişin 2027-ci ilin birinci rübündə imzalanması nəzərdə tutulur.

Razılaşmaya əsasən, ABŞ-dən tədarük ediləcək qazın Çexiyanın illik istehlakının 20 faizindən çoxunu qarşılayacağı gözlənilir.

Sazişin digər detalları hələlik açıqlanmayıb.