BAKI, 18 noyabr. TELEQRAF
ABŞ müdafiə nazirinin müavini Elbric Kolbi Ukraynanın Krım körpüsünə endirdiyi zərbəni tənqid edərək, bunun Rusiyanı daha da gərginləşdirməyə təhrik edə biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Kolbi bildirib ki, Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli zərbələri nə müharibənin bitməsində, nə də Rusiyanın hücumunun qarşısının alınmasında təsirli olub.
"Xüsusən də mülki infrastruktur obyektlərinə - məsələn, Wildberries şirkətinin obyektlərinə yönəlmiş bu cür zərbələr, ehtimal ki, Rusiya cəmiyyətinin qətiyyətini, eləcə də Kremlin özünün qisas hissini gücləndirib".
Xatırladaq ki, Krım körpüsü iki dəfə zərbə alıb. 16 noyabrda baş verən birinci zərbədən sonra peyk görüntülərində bir neçə yerdə yol yatağının zədələnməsi və tağın deformasiyası qeydə alınıb.
Bundan sonra, 17 noyabr gecəsi Kerç boğazı ərazisində yenidən partlayış səsləri eşidilib.
Qeyd etmək lazımdır ki, Prezident Volodimir Zelenski Krım körpüsünün dağıdılmasını təsdiqləyib. O bildirib ki, Müdafiə Qüvvələri bunun üçün bir neçə növ silahdan, o cümlədən FP-5 "Flamingo", R-360 "Neptun", "Palyanytsia", "Ruta" və FP-1-dən istifadə edib.