BAKI, 18 noyabr. TELEQRAF

ABŞ-də son günlər dövlət qurumlarının və iri şirkətlərin kompüter sistemlərində baş verən texniki nasazlıqlar kiberhücumlarla əlaqəli deyil.

Teleqraf xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleyton CNBC telekanalına müsahibəsində bildirib.

“Bu, əlaqələndirilmiş kiberhücum deyil və hər hansı dövlətin ABŞ-yə qarşı həyata keçirdiyi əməliyyatın nəticəsi deyil”, – Kleyton vurğulayıb.

Onun sözlərinə görə, ölkənin rəqəmsal infrastrukturunun yenilənməsinin vaxtı çatıb. Sistemlərin təkmilləşdirilməsi, müvəqqəti dayandırılması və yenidən işə salınması bu cür nasazlıqlara səbəb ola bilər.

Qeyd edək ki, son günlər ABŞ Milli Təhlükəsizlik Agentliyinin daxili kompüter şəbəkəsində, Federal Aviasiya Administrasiyasının sistemlərində, həmçinin “Microsoft”, “United Airlines” və “JPMorgan Chase” şirkətlərinin xidmətlərində genişmiqyaslı texniki problemlər qeydə alınıb.