BAKI, 18 noyabr. TELEQRAF
Kanada Ukraynaya silah və sursat tədarükü üçün əlavə 31,5 milyon dollar ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə Kanada hökumətinin rəsmi saytında yayımlanan bəyanatda bildirilib.
Məlumata görə, 45 milyon Kanada dolları (31,5 milyon ABŞ dolları) Çexiyanın Ukrayna Silahlı Qüvvələrini döyüş sursatı ilə təmin etmək təşəbbüsü çərçivəsində ayrılacaq.
Bundan əlavə, Kanada Ukraynaya yerli istehsal olan 1,6 milyon patron göndərəcək.
Həmçinin MX-15D hədəfləmə sistemlərinin alınmasına 80 milyon Kanada dolları (55,9 milyon ABŞ dolları) yönəldiləcək.
Bildirilib ki, 2022-ci ilin fevralından bəri Kanadanın Ukraynaya silah tədarükü üçün ayırdığı vəsaitin ümumi məbləği 5,9 milyard ABŞ dollarını ötüb.