BAKI, 18 noyabr. TELEQRAF
İşsizlikdən Sığorta Fondunun növbəti il üçün xərcləri 319,2 mln. manat həcmində proqnozlaşdırılıb.
Teleqraf Hesablama Palatasının Fondun 2027-ci il büdcəsi ilə bağlı qanun layihəsi ilə bağlı Rəyinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin icra göstəricisinə nisbətən 105,9 mln.manat və ya 49,7% 2026-cı ilin proqnoz göstəricisinə nisbətən 52,8 mln.manat və ya 19,8%, cari ilin gözlənilən icra göstəricisinə münasibətdə 93,35 mln. manat və ya 41,3% çoxdur.
Növbəti ildə Fondun ümumi xərclərində ən böyük paya özünüməşğulluq tədbirlərinin təşkili ilə bağlı xərclər nəzərdə tutulub - 35,4%.
Həmçinin xərclərin 23,5%-i Dövlət Məşğulluq Agentliyinin və onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların və Observatoriyanın saxlanılmasına, 15,7%-i DOST tərəfindən əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətin müştərək maliyyələşdirilməsinə, 11,3%-i işsizliyə görə sığorta ödənişlərinə, 8,5%-i isə peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək.
Ümumilikdə gələn il Fondun xərcləri 2026-cı ilin təsdiq edilən göstəriciləri ilə müqayisədə 52,8 mln.manat çox olacaq. Bu artımın 36,0 mln.manatı və ya 68,2%-i özünüməşğulluq tədbirlərinin təşkili, 8,0 mln. manatı və ya 15,2%-i işsizliyə görə sığorta ödənişləri, 6,3 mln. manatı və ya 11,9%-i saxlanma xərcləri, qalan 2,5 mln. manatı və ya 4,7%-i 3 istiqamətdə xərclərin payına düşür. İlin sonuna gözlənilən icra göstəriciləri ilə müqayisədə isə növbəti il üçün artım 93,4 mln. manat təşkil edir.