BAKI, 17 noyabr. TELEQRAF
"Nvidia"nın keçmiş baş direktoru Jensen Huanq qabaqcıl Amerika texnologiyalarının Çinə sızması və Çin kəşfiyyatı ilə əməkdaşlıq etməkdə şübhəli bilinən bir qadınla əlaqələrinin araşdırılması çərçivəsində dekabrın 1-də ABŞ Konqresi qarşısında ifadə verməyə razılıq verib.
Teleqraf xəbər verir ki, daha əvvəl qanunvericilər əməkdaşlıq etməkdən imtina edəcəyi təqdirdə onu məhkəməyə verməklə hədələmişdilər.
Florida ştatından olan respublikaçı, Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Brayan Mast, Çin Komitəsinin sədri Con Mulenare və Kəşfiyyat Komitəsinin sədri Rik Kroufordla birlikdə dinləmə tarixini elan ediblər.
"Amerikalılar cənab Huanq və "Nvidia"nın Çin Xalq Respublikasındakı təhlükəli qurumlara ən qabaqcıl çiplərimizə çıxış təmin etməsində oynadığı rol, eləcə də bu qalmaqalda Çin kəşfiyyat agentinin mümkün rolu barədə cavab almağa borcludurlar", - deyə qanunvericilər bildiriblər.