BAKI, 18 noyabr. TELEQRAF
Rusiya, Çin və ABŞ liderlərinin üçtərəfli sammiti qlobal sülh və sabitlik baxımından mühüm əhəmiyyət daşıyır.
Teleqraf xəbər verir ki, bunu Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdir müavini Ma Huey bildirib.
Onun sözlərinə görə, böyük dövlətlər dünyada sülhün qorunmasında xüsusi məsuliyyət daşıyırlar.
“Belə bir görüşün keçirilməsi özü mühüm hadisədir. Böyük dövlətlər dünya məsələlərində əsas rol oynamalıdırlar. Əgər onlar strateji sabitliyi qoruya bilsələr, bu, bütün dünyada sülh və inkişaf üçün böyük əhəmiyyət daşıyacaq”, – Çin rəsmisi vurğulayıb.
Qeyd edək ki, noyabrın 19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin, Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Trampın üçtərəfli görüşü planlaşdırılır.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, bu, üç liderin həmin formatda ilk görüşü olacaq.