BAKI, 18 noyabr. TELEQRAF

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) sammiti çərçivəsində Rusiya, Çin və ABŞ liderlərinin üçtərəfli görüşü "Çilin Şançjuanq" iqamətgahında keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

APEC sammiti üç qlobal güc - Rusiya, Çin və ABŞ liderlərinin üçtərəfli görüşü üçün ilk məkan olacaq. Moskva, Pekin və Vaşinqton onun 19 noyabrda keçiriləcəyini təsdiqləyiblər. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, üçtərəfli görüşün gündəliyi artıq müəyyən edilib. Liderlər görüşdə sərbəst şəkildə fikir mübadiləsi apara biləcəklər. Lavrov qeyd edib ki, üç nüvə gücü liderlərinin görüşü istənilən şəraitdə faydalıdır.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da öz növbəsində jurnalistlərə bildirib ki, Putin, Tramp və Si Cinpin APEC sammiti çərçivəsində planlaşdırılan üçtərəfli görüşdə Ukrayna münaqişəsinin həlli ilə bağlı dialoqun davam etdirilməsi imkanlarını müzakirə edə bilərlər.