BAKI, 18 noyabr. TELEQRAF

“Nvidia” şirkətinin keçmiş baş direktoru Censen Huanq ABŞ Konqresinin Senatında keçiriləcək dinləmələrdə iştirak etməyə razılıq verib.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri Senatın Bank Komitəsinin sədri, respublikaçı senator Tim Skotta istinadən məlumat yayıb.

Bildirilib ki, Huanq komitənin açıq dinləmələrində ifadə verəcək. Dinləmələrin tarixi hələ müəyyənləşdirilməyib.

Nəşrin məlumatına görə, bu, Huanqın Konqresdə ilk açıq dinləməsi olacaq. O, daha əvvəl Nümayəndələr Palatasında qapalı dinləmələrdə iştirak etməyə də razılıq verib.

Xatırladaq ki, noyabrın 12-də Huanq Çin kəşfiyyatına işləməkdə şübhəli bilinən qadınla münasibətləri ətrafında yaranmış qalmaqal fonunda “Nvidia”nın baş direktoru və prezidenti vəzifələrindən istefa verib, həmçinin Direktorlar Şurasından ayrılıb.

Çin Xarici İşlər Nazirliyi isə həmin qadının ölkə kəşfiyyatına işləməsi barədə iddiaları böhtan adlandırıb.