BAKI, 18 noyabr. TELEQRAF

"Avropa İttifaqı Rusiya bazarından imtina etməklə sənaye potensialını və rəqabət mövqeyini itirir".

Teleqraf xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin APEC Biznes Şurasındakı çıxışında bildirib.

Dövlət başçısı qeyd edib ki, ucuz Rusiya enerji resursları onilliklər ərzində Avropa İttifaqının çiçəklənməsini təmin edib.

"O, sənaye potensialını və rəqabət mövqeyini itirir. Büdcə kəsirləri problemi getdikcə daha da kəskinləşir. Borc yükü və inflyasiya artır. Bütün bunlar həyat səviyyəsi durmadan aşağı düşən Avropa bizneslərinə və vətəndaşlarına ağır bir yük qoyur ki, bu da avrozona üçün alçaldıcı bir tənəzzüldür", - deyə Putin bildirib.