BAKI, 18 noyabr. TELEQRAF
Polşa Seyminin (parlamentin aşağı palatası) üzvlərinin əksəriyyəti Baş nazir Donald Tusk hökumətinə etimadsızlıq səsverməsinin əleyhinə səs verib.
Teleqraf xəbər verir ki, TVP INFO məlumat yayıb.
Bildirilir ki, Donald Tusk hökumətinə etimadsızlıq səsverməsinə 200 qanunverici lehinə, 242-si əleyhinə səs verib.
Səsvermə yeni İnkişaf Plus partiyasına rəhbərlik edən keçmiş Baş nazir Mateuş Moravetskinin (2017-2023) təşəbbüsü ilə keçirilib. Keçmiş baş nazir hazırkı Polşa hökumətini Konstitusiya Məhkəməsi ilə bağlı münaqişə yaratmaqda, eləcə də Polşada işsizliyin artmasında, yüksək büdcə kəsirində və qiymətlərin yüksəlməsində günahlandırıb.
Moravetskinin etimadsızlıq səsverməsi təklifi keçmiş iqtidar, indi müxalifət olan Hüquq və Ədalət partiyasının üzvləri, eləcə də sağçı Konfederasiya partiyasının qanunvericiləri tərəfindən dəstəklənib. Hakim Vətəndaş Koalisiyasının nümayəndələri əleyhinə səs veriblər.