BAKI, 18 noyabr. TELEQRAF
Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 11,5 min nəfərə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Milli İctimai Səhiyyə İnstitutunun gündəlik hesabatında məlumat verilib.
Bildirilib ki, virusa yoluxanlardan 5 630 nəfər həyatını itirib.
Məlumata görə, ölkədə epidemiya 2026-cı ilin aprelindən davam edir. Ebola virusunun Bundibuqio ştamına qarşı hazırda rəsmi lisenziyalı peyvənd və müalicə üsulunun olmadığı qeyd edilir.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl ölkəsinin tibb mütəxəssislərinin Afrika dövlətlərinə təhlükəli yoluxucu xəstəliklərlə, o cümlədən Ebola və vəba ilə mübarizədə yardım göstərməyə hazır olduğunu bildirib.