BAKI, 18 noyabr. TELEQRAF
Noyabrın 17-də Günəşdə M sinfinə aid güclü partlayış qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Bildirilib ki, Bakı vaxtı ilə saat 19:49-da Günəşin 4578 nömrəli ləkələr qrupunda M1.1 səviyyəli partlayış baş verib. Hadisə 14 dəqiqə davam edib.
Qeyd edək ki, Günəş partlayışları gücünə görə A, B, C, M və X olmaqla beş sinfə bölünür. M sinfi gücünə görə ikinci ən yüksək kateqoriyadır.
Belə partlayışlar Günəş plazmasının kosmosa atılması ilə müşayiət oluna bilər. Plazma buludları Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.