BAKI, 15 avqust. TELEQRAF

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsarinin sözlərinə görə, martda hava məkanını pozan İran təyyarəsinin ələ keçirilən pilotlarının hüquqlarının pozulduğuna dair Tehranın iddialarını təkzib edib.

Teleqraf xəbər verir ki, diplomata görə, İran pilotlarının saxlanılması ilə bağlı iddialar əsassızdır: "İran pilotlarına sərhəd pozuntusu ilə bağlı xəbərdarlıq edilsə də, onlar buna məhəl qoymayıblar. Qətər ordusu onları qaydalara uyğun olaraq ələ keçirib. Doha qarşıdurma zamanı ölmüş pilotlardan birinin cəsədini beynəlxalq humanitar hüquqa uyğun olaraq Tehrana vermək istəsə də, qarşı tərəf heç bir addım atmayıb".

Qeyd edək ki, İran Silahlı Qüvvələrinin Baş Qərargahının İtkin Düşmüş Şəxslərin Axtarışı Komitəsinin rəhbəri Məhəmməd Bağırzadə mart ayında döyüş tapşırığı zamanı qəzaya uğrayan üç İran Su-24 pilotunun (Cavad Salehi, Əbdülməcid Daştian və Ömran Behruziyan) Qətər hərbçiləri tərəfindən əsir götürüldüyünü açıqlayıb. O, pilotların altı aydır ki, əsirlikdə saxlanıldığını və Qətər hökumətinin onların ailələri ilə görüşməsinə icazə verməkdən imtina etdiyini bildirib. Bağırzadə Beynəlxalq Qırmızı Xaç Komitəsini pilotları ziyarət etməyə və onların azad edilməsinə kömək etməyə çağırıb.