BAKI, 15 oktyabr. TELEQRAF

ABŞ ordusu İranın enerji obyektlərinə və nüvə mərkəzlərinə zərbə endirmək üçün yeni planlar hazırlayıb. Planlara “bütün bombaların anası” adlandırılan ABŞ-nin ən güclü qeyri-nüvə bombasından istifadə ehtimalı da daxildir.

Teleqraf xəbər verir ki, bu barədə hərbi-siyasi mənbələrə istinadla CNN məlumat yayıb.

Mmənbələrin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp əmr verəcəyi təqdirdə bu planlar noyabrın 3-də Konqresə aralıq seçkilərdən əvvəl və ya sonra həyata keçirilə bilər. Qeyd edilib ki, Tramp İranda çoxsaylı hədəflərə, o cümlədən enerji infrastrukturuna zərbələr endirmək üçün planların hazırlanmasına göstəriş verib. Buna əsasən, ABŞ hücumlardan sonra qələbə elan edərək qüvvələrini regiondan çıxara bilər.

Digər mənbə isə İranın nüvə obyektlərinə, eləcə də yeraltı Kələnc Qəzla kompleksinə qarşı hücum planlarında “bütün bombaların anası”ndan istifadənin də nəzərdə tutulduğunu deyib. Bombanın geniş dağıdıcı gücünün olduğu qeyd edilib.

Ağ Ev rəsmisi CNN-in sorğusuna cavab olaraq hərbi planlar barədə şərh verməkdən imtina edib: “Tramp İranın heç vaxt nüvə silahı əldə etməməsini təmin etmək üçün bütün variantları masada saxlayır”.