BAKI, 15 oktyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyana təqdim edilən “Hessen” sülh mükafatının pul vəsaiti ölkənin Maliyyə Nazirliyi tərəfindən açılacaq bank depozit hesabına köçürüləcək.
Teleqraf xəbər verir ki, müvafiq qərar oktyabrın 15-də Ermənistan hökumətinin iclasında qəbul edilib.
Paşinyanın cari ilin sentyabrında aldığı 25 min avro ilə yanaşı, həmin hesaba hökumət başçısının gələcəkdə alacağı bütün digər mükafatların pul vəsaitləri də köçürüləcək.