BAKI, 15 oktyabr. TELEQRAF

Tohoku Elektrik Enerjisi Korporasiyası Yaponiyanın şimal-şərqindəki Miyagi prefekturasında yerləşən Onagava Atom Elektrik Stansiyasının 2-ci blokunun texnoloji suyun sızması səbəbindən bağlanması qərarını açıqlayıb.

Teleqraf xəbər verir ki, şirkət suda az miqdarda radioaktiv maddələr aşkar olunduğunu, lakin ətraf mühit üçün heç bir təhlükə yaratmadığını açıqlayıb.

Enerji blokunun 17 oktyabrda 10 gün müddətinə texniki xidmət və nasaz komponentlərin dəyişdirilməsi üçün dayandırılması planlaşdırılır. Hazırda texnoloji su saatda təxminən 0,2 ton sürətlə sızır.