BAKI, 15 oktyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hava hücumundan müdafiə qüvvələri Mədinə şəhəri yaxınlığında qanadlı raketi məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə koalisiyanın sözçüsü Türki əl-Maliki məlumat yayıb.
“Mədinə ərazisində qanadlı raket ələ keçirilərək məhv edilib”, - o bildirib.
Hücumun Yəmənin qiyamçı “Ənsarallah” Hərəkatı (husilər) tərəfindən həyata keçirildiyi qeyd olunub.