BAKI, 15 oktyabr. TELEQRAF

“Rusiyanın neft emalı zavodları və enerji obyektləri məhv edilməlidir. Çünki enerji resurslarının satışından əldə olunan gəlirlərlə Ukraynaya qarşı müharibə maliyyələşdirilir”.

Teleqraf xəbər verir ki, bunu Estoniya Baş naziri Kristen Mixal deyib.

“Açıq şəkildə bəyan edirəm ki, Rusiyanın bütün neft emalı zavodları və enerji resurslarının satışını təmin edən obyektlər nə qədər tez məhv edilsə, bir o qədər yaxşıdır. Rusiya müharibəni bu yolla maliyyələşdirir”, - Mixal bildirib.