BAKI, 15 oktyabr. TELEQRAF
Qırğızıstan Prezidenti Sadır Japarov İssık-Kul gölünün qorunması məqsədilə BMT-nin xüsusi birgə trast fondunun yaradılmasını və bu təşəbbüs çərçivəsində ilkin olaraq 10 milyon dollar vəsait ayrılmasını təklif edib.
Teleqraf xəbər verir ki, o, bu barədə bu gün Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə çıxışı zamanı bildirib.
Prezident qeyd edib ki, buzlaqların əriməsi və onların gölü qidalandırmasının azalması İssık-Kulun ekosistemi və biomüxtəlifliyi üçün artan risklər yaradır:
“Təklif olunan fondun yaradılması gölün qorunmasına, müasir texnologiyaların tətbiqinə və beynəlxalq maliyyə vəsaitlərinin cəlb edilməsinə imkan verəcək”.