AĞDAM, 15 oktyabr. TELEQRAF
Azərbaycanda elektrik enerjisi itkilərində illər ərzində azalma tendensiyası müşahidə olunur.
Teleqraf-ın Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev işğaldan azad edilmiş ərazilərdə və ümumilikdə ölkədə ötən 9 ay ərzində görülən bərpa və yenidənqurma işlərinə həsr olunmuş mətbuat konfransında bildirib.
R.Quliyevin sözlərinə görə, bu azalma cəmiyyət tərəfindən aparılan məqsədyönlü tədbirlərin nəticəsidir:
"2022-ci ildə texniki itkilər 8,7%, 2023-cü ildə 8,6%, 2024-cü ildə 8,5%, 2025-ci ildə isə 8,5% təşkil edib. Proqnozlaşdırırıq ki, 2026-cı ilin yekunlarında texniki itki həddimiz 8,2%-ə enəcək".
O qeyd edib ki, qurum tərəfindən 2025-ci ildə yığım səviyyəsi 97,9% olub. Bu ilin sonuna isə yığım göstəricisinin 98%-ə çatacağı gözlənilir.