BAKI, 15 oktyabr. TELEQRAF
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) fəaliyyətinin inkişafına və əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.
Teleqraf xəbər verir ki, bunu Sadır Japarov bu gün Bakıda keçirilən AQEM-in VII Zirvə Görüşündə çıxışı zamanı bildirib.
Dövlət başçısı Laosun AQEM-ə qoşulmasını alqışlayıb və Qırğızıstanın təşkilat çərçivəsində fəal əməkdaşlığa hazır olduğunu vurğulayıb.