BAKI, 15 oktyabr. TELEQRAF
Amerika tərəfindəndən danışıqlar aparan Stiven Uitkoff və Cared Kuşner Ukrayna və Avropa İttifaqı ölkələrinin nümayəndələrinə sülh danışıqlarını bərpa etmək üçün Rusiyanın bəzi aktivlərinin dondurulmasını ləğv etməyi və onları Vaşinqtonun nəzarəti altına keçirməyi təklif ediblər.
Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Uitkoff və Kuşner ötən həftə Mayamidə keçirilən danışıqlarda Ukrayna, Böyük Britaniya, Fransa, Almaniya, Avropa Birliyi və NATO nümayəndələri ilə Aİ ölkələrində Rusiyanın bəzi aktivlərinin dondurulmasının aradan qaldırılması ideyasını müzakirə ediblər.
Amerika tərəfi Rusiya aktivlərinin ABŞ nəzarəti altında yeni xüsusi maliyyə alətinə köçürülməsi də daxil olmaqla, onların sərbəst buraxılması üçün bir neçə mümkün mexanizm təqdim ediblər.
Nəşr yazır ki, Avropa nümayəndələri təklifi rədd edərək, təşəbbüsün Avropa paytaxtlarını və Kiyevi təəccübləndirdiyini və Vaşinqtonun Moskvaya Ukraynaya qarşı müharibəni dayandırmaq üçün təzyiq göstərmək yanaşması ilə bağlı suallar doğurduğunu bildiriblər.
Nəşrin ABŞ administrasiyasındakı mənbəsi bildirib ki, dondurulmuş Rusiya aktivlərinin istifadəsi hərtərəfli sülh müqaviləsinin bir hissəsi kimi müzakirə olunur, lakin vəsaitlərin ayrılması və onların necə xərclənəcəyinin müəyyən edilməsi mexanizmləri hələ də nəzərdən keçirilir.