BAKI, 15 oktyabr. TELEQRAF

“Ölkəmiz hər zaman çoxşaxəli və səmərəli əməkdaşlığın qurulması və inkişaf etdirilməsi üçün öz töhfəsini verməyə çalışır. Qlobal sülh və sabitliyin qorunması, gələcək nəsillərə təhlükəsiz və sosial-iqtisadi baxımdan sabit dünya üçün atılan addımlar mühüm əhəmiyyət kəsb edir”.

Teleqraf xəbər verir ki, bunu Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Tacikistan 2027–2036-cı illəri əhatə edən, sülhün bərqərar edilməsi və gələcək nəsillərə ötürülməsinə yönəlmiş onillik təşəbbüslə çıxış edib və bu təşəbbüs BMT tərəfindən təsdiqlənib:

“Müvafiq qətnamə dövlətlərarası dialoqun gücləndirilməsi və sülh mədəniyyətinin inkişafı üçün möhkəm təməl yaradacaq”.