BAKI, 15 oktyabr. TELEQRAF

Çin Azərbaycanın AQEM-in gücləndirilməsi istiqamətində səylərini yüksək qiymətləndirir və ölkənin sədrliyinin yeni müddətə uzadılmasını alqışlayır.

Teleqraf xəbər verir ki, bunu Çin xarici işlər naziri Vanq Yi bu gün Bakıda keçirilən AQEM-in VII Zirvə Görüşündə bildirib.

O qeyd edib ki, Asiya ölkələri sülh və təhlükəsizliyin qorunması, iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı və regional problemlərin həlli üçün səylərini birləşdirməlidirlər.

Vanq Yi həmçinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın, xalqlar arasında mübadilələrin və rəqəmsal idarəetmə sahəsində birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıb.