BAKI, 15 oktyabr. TELEQRAF
Pakistanın şimal-qərbindəki Peşəvər şəhərində özəl məktəbin damının uçması nəticəsində ən azı 17 uşaq ölüb, 20-si yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə "Geo TV" məlumat yayıb.
Hadisə Dir Koloni ərazisində baş verib.
Axtarış-xilasetmə əməliyyatları davam edir.