BAKI, 15 avqust. TELEQRAF
İsrailin ABŞ-dakı səfiri Yehiel Leiter son hücumlardan sonra Livanı İsraillə danışıqları dayandırmamağa çağırıb.
Teleqraf xəbər verir ki, Leiter X sosial mediasında yazıb: "Əgər Livan hökuməti bu hadisədən sülh danışıqlarını təxirə salmaq və ya dayandırmaq üçün bəhanə kimi istifadə edərsə, bu, sülh düşmənləri üçün taktiki qələbə olacaq. Hizbullahın istədiyi danışıqların uğursuzluğudur".
Səfir qeyd edib ki, İsrail Müdafiə Qüvvələri cavab tədbiri olaraq hücum əmrini verən və ailə üzvləri ilə birlikdə qrupun hərbi qərargahında olan Hizbullah komandirini vurub. Mövcud məlumata görə, hücum zamanı bir neçə qadın və uşaq da həlak olub.
Daha əvvəl Livan Prezidenti Cozef Aun İsrailin hücumlarının iki ölkə arasındakı danışıqlara mənfi təsir göstərdiyini bildirmişdi. O, Beyrutun danışıqlar prosesindən çıxmaq niyyətini birbaşa açıqlamayıb.
ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqların növbəti mərhələsi sentyabrın əvvəlinə planlaşdırılıb.