BAKI, 15 avqust. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski qışda "Patriot" raketlərinin çatışmazlığı probleminin yaşanacağından məyusdur.
Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın "Die Welt" qəzetinin məlumat yayıb.
Məqalədə qeyd edildiyi kimi, qış öncəsi vəziyyət Ukrayna üçün o qədər təhlükəlidir ki, Kiyev hər səviyyədə həyəcan təbili çalır. Qəzet həmçinin bu yardım çağırışlarını ümidsizlik əlaməti adlandırıb.
Qəzet yazır ki, Zelenskinin kömək istəməsi çarəsizliyin əlamətidir.
"Bütün dünya zenit raketlərinin ciddi çatışmazlığı ilə üzləşir. Nə Avropa, nə də ABŞ ehtiyacları təmin edə bilmir" - məqalədə qeyd olunur.